
PRESS KONFRANS...
18 dekabr 2022-ci il tarixdə Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin və INBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə "ilin yekunları və gələn ilin planları" -na həsr olunmuş press konfrans keçirilib. Konfransada hər iki qrumun prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev izləyicilərə 2022-ci ildə qazanılan uğurlar və görülən işlər barədə ətraflı məlumat verib. Sonra il ərzində fərqlənən idmançılara, məşqçilərə və hakimlərə fəxri adlar verilib. Mahir Talıbov "İlin hakimi", Tural Qurbanov isə "İlin məşqçisi adına layıq görülüblər.
Həmçinin konfransda yığma komandanın tərkibi iştirakçılara təqdim edilib. 2023-cü ildə kəndirlə mübarizə idman növü üzrə təşkil olunacaq beynəlxalq yarışlarda ölkəmiz 50 idmançı ilə təmsil olunacaq.
Elnur Şıxəliyev gələn il ölkəmizdə kəndirlə mübarizə idman növü üzrə Türk dilli ölkələr arasında TURAN kubokunun təşkil olunacağını bildirib.
Həmçinin milli komandamız Almaniyada təşkil olunacaq Avropa çempionatında və Türkiyədə keçiriləcək Avropa Çimərlik Çempionatında ölkəmizi təmsil edəcək!




AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ ÇEMPİONATI...
10-11 dekabr 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, Milli İdman Növləri Assosiasiyasının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə yeniyetmə və gənclər arasında 1-ci Azərbaycan birinciliyi və böyüklər arasında 1-ci Azərbaycan çempionatı keçirilib. Yarışda 300 -dən artıq idmançı birincilik və çempionluq uğrunda mübarizə aparıb. Yarışdan öncə təşkilat komitəsinin üzvləri tərəfindən Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarı üzərinə Əklil və gül dəstələri qoyulub. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.İdmançıların mübarizəsindən öncə bədii hissə tamaşaçılara təqdim olunub. Daha sonra Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin və yarışın təşkilat komitəsinin sədri, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev yarışın mahiyyəti haqqında məlumat veriblər. Elnur Şıxəliyev ən yaxı nəticə göstərən komandaların idmançılarının yığma komandaya qəbul olunacaqlarını bildirib. O, həmçinin may ayında Azərbaycanda Türk dilli ölkələrin TURAN kubokunu təşkil edəcəklərinin qeyd edib. Birincilik uğrunda 560 kg qədər yeniyetmə oğlanların mübarizəsində 1-ci yerə Qaracuxur komandası, 2-ci yerə Şuşa rayonu 1 №-li məktəbin İrəvan komandası, 3-cü yerə Neftçi komandası layıq görülüblər. 480 kg qədər Qızların mübarizəsində 1-ci yerə Şuşa rayonu 1 №-li məktəbin Böyük kirs komandası sahib olub. 520 kg qədər yeniyetmələrin (mixed) kateqoriyasında Şuşa rayonu 1 №-li məktəbin Böyük kirs komandası 1-ci olub. 600 kg qədər GəncU23 oğlanların mübarizəsində 1-ci yerə Zəfər komandası, 2-ci yerə Cəngavərlər, 3-cü yerə Yarasa komandası layiq görülüblər. 500 kg qədər Qızların mübarizəsində Zərif Bilək komandası 1-ci olub. 560 kg qədər Gənclərin (mixed) kateqoriyasında ASAPES komandası 1-ci, Dostluq komandası 2-ci olub. Bakı İdman Sarayında baş tutan birincilik və çempionatda uğur qazanan komandaların idmançıları milli komandanın heyətinə qəbul olunublar. Respublika çempionluğu uğrunda 640 kg qədər kişilərin mübarizəsində KRB komandası 1-ci, 2-ci yerə Zeys komandası və 3-cü yerə Strongman komandsı layıq görülüblər. 720 kg qədər kişilərin mübarizəsində Enerji komandası 1-ci, Dirşəliş komandası 2-ci, Türkaz komandası 3-cü olub. 580 kg qədər (mixed) kateqoriyada Zəfər-1 komandası 1-ci və Zəfər-2 komandası 3-cü olub.




MÜHAFİZƏ ALAYININ ÇEMPİONATI...
02 noyabr 2022-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ədliyyə nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə Mühafizə Alayının çempionatı keçirilib.
Çempionata başlamazadan öncə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Daha sonra tədbirdə iştirak edən Vətən Müharibəsi qaziləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyev çıxış edərək hüquq mühafizə orqanlarında belə yarışların tez-tez keçirilməsinin önəmli olduğunu vurğulayıblar.
Çempionatda 19 komanda iştirka edib.
Mühafizə Alayının Xüsusi Təyinatlı Bölüyünün komandası 1-ci, 10-cu Bölük 2-ci, 18-ci Bölük 3-cü olub.
Qaliblərə medal və kuboklar verilib.





